Kursantlar şərti düşmən hədəflərini məhv etdilər - VİDEO

2023-cü ilin tədris planı və proqramına uyğun olaraq Heydər Əliyev adına Hərbi İnstitutun kursantları ilə praktiki məşğələlər keçirilib.

Ulutv.info xəbər verir ki, əvvəlcə kursantlar simulyasiya trenajorunda dəqiq nişanalma qaydalarını məşq ediblər. Atəş şəhərciyində təhlükəsizlik qaydaları və atışın şərtləri çatdırıldıqdan sonra müxtəlif normativlər icra olunub. Hərbi institutun kursantları silahların döyüşə hazır vəziyyətinə gətirilməsi və şərti düşmən hədəflərinin aşkarlanaraq atəşlə məhv edilməsi üzrə tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.

Məşğələlərin keçirilməsində əsas diqqət kursantların silahlardan istifadə bacarıqlarının artırılmasına, eləcə də praktiki və döyüş vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info