Abşeronda iki Pakistan vətəndaşını bıçaqlayan şəxs saxlanıldı - FOTO - VİDEO

Abşeron rayonunun Masazır qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Qurtuluş 93 yaşayış massivində 10 saylı binada baş verib.

Hadisə nəticəsində bir pakistanlı ölüb, digəri ağır yaralanıb. Yaralanan şəxs xəstəxanaya çatdırılıb.

İlkin məlumata görə, hadisəni törədən şəxs də Pakistan vətəndaşıdır və saxlanılıb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.



Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info