Bakıda gənc oğlan kirayə yaşadığı evdə öldürülüb VİDEO

Bakıda 26 yaşlı oğlan kirayə qaldığı evdə qətlə yetirilib.

Ulutv.info yazır ki, Xezerxeber.az-ın məlumatına görə, ağır cinayət səhər saatlarında paytaxtın Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində baş verib.

''102'' xidmətinə məlumat daxil olub ki, Tərlan Mədətov evdə öldürülüb. Dərhal əməliyyat qrupu hadisə yerinə gəlib və meyitə baxış keçiriblər. Daha sonra meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə aparılıb.

Nəsimi Rayon Prokurorluğundan verilən məlumata görə, 24 yaşlı Səhrab Məlikov evdə tanışı Tərlan Mədətovu bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda ''qəsdən adam öldürmə'' maddəsilə cinayət işi başlanıb. Hazırda ibtidai istintaq davam etdirilir.

Ulutv.info mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info