Sabirabadda narkotik vasitə istifadə edib taksi fəaliyyəti ilə məşğul olan sürücü saxlanılıb

Sabirabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər zamanı narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü müəyyən edilib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Ulutv.info-ya verilən məlumata görə, rayon ərazisində hərəkətdə olan “Mercedes” markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün polis əməkdaşları tərəfindən ona “Saxla” işarəsi verilib.
Həmin nəqliyyat vasitəsini idarə edən rayon sakini Ramin Mehrəliyevin narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən R.Mehrəliyevin psixotrop maddə olan metamfetamin istifadə etdiyi məlum olub.
Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən protokol tərtib olunub və o, 400 manat miqdarında cərimələnib.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info