Xaçmazda meşə massivində yanğın başlayıb - FOTO/VİDEO

Xaçmazda meşə massivində yanğın başlayıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, yanğın Xaçmaz-Xudat yolunun kənarında meşəlik ərazidə qeydə alınıb. Alovun qarşısını almaq üçün əraziyə Xaçmaz Dövlət Yanğından Mühafizə Bölməsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.



Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info