Nadir Qafarzadə ağır qəza keçirib: - VİDEO

Müğənni Nadir Qafarzadə ağır avtomobil qəzası keçirib.
Ulutv.info Baku.ws-ə istinadən xəbər verir ki, bu haqda sənətçi "Şourum" proqramına müsahibəsi zamanı bildirib. İfaçı paytaxtdakı avtobuslardan birinin onun avtomobilini vurduğunu deyib:
"Sol yoldan sağa keçəndə avtobus gəldi və avtomobilimi arxadan vurdu. Maşınım yerində fırlandı. Həyat yoldaşım da, uşaqlar da qışqırmağa başladılar. Gördüm, avtomobilim xeyli ziyan çəkib. Amma şükür, uşaqlarıma heç nə olmadı. Həyat yoldaşım çox qorxmuşdu. 3-4 gün sonra mənə polisdən zəng vurdular ki, cərimələnmisən. Getdim, avtobusun da cəriməsini ödədim", o bildirib.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info