Neftçalada ağır yol qəzası: Ölən var

Neftçalada bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Press.az xəbər verir ki,Report-un məlumatına görə, hadisə rayonun Qaravəlli yaşayış məntəqəsində qeydə alınıb.

Belə ki, Dördlər kənd sakini, 2000-ci il təvəllüdlü Əsədov Sərxan Rövşən oğlu idarə etdiyi “Merсedes” markalı avtomobillə hərəkətdə olan zaman maşın idarəetmədən çıxıb və yolun kənarındakı ağaca çırpılıb.

Hadisə nəticəsində sürücü müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

S.Əsədov Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info