Ucarda tükürpədici HADİSƏ - Ana 1 yaşlı oğlunu öldürmək istədi

Ucarda dəhşətli hadisə baş verib.

Ulutv.info "lent.az"a istinadən xəbər verir ki, rayonun Rəstəcə kənd sakini Fuad Hüseynov polisə ərizə ilə müraciət edərək arvadı Cəlalə İsmayılovanın 1 yaşlı oğlunu öldürmək istədiyini bildirib.

Ata iddia edir ki, həyat yoldaşı özünün istifadə etdiyi "Amitriptilin" dərmanını uşağa verərək qəsdən onu zəhərləyib.

Daxil olan şikayət əsasında araşdırmalara başlanıb.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info