Goranboyda piyadanı avtomobil vuraraq öldürüb

Goranboy rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Ulutv.info-nun report-a istinadən məlumatına görə, hadisə rayonun Borsunlu kənd yolunda qeydə alınıb.

Yolu qarşı tərəfə keçmək istəyən Gəncə şəhər sakini, 1947-ci il təvəllüdlü Mirzə Kazımovu avtomobil vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info