Yanacaqdoldurmadan çıxan minik maşını avtobusla toqquşdu - Ölən və yaralanan var

Bu gün saat 08:20 radələrində Bakı-Ələt-Qazax magistralında (yanacaqdoldurma məntəqəsinin yaxınlığında) 164 nömrəli marşrut üzrə (99-XZ-173 DQN-li) avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi olub.

Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, daşıyıcı “BMH” MMC-nin açıqlamasına əsasən, qəza minik maşınının yanacaqdoldurma məntəqəsindən əsas yola çıxan zaman avtobusu gözləməməsi səbəbindən baş verib.

Hadisə nəticəsində, minik maşınında olan 1 nəfər ölüb, 1 nəfər isə təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info