“Dalğa Beach”də DAVA: iraqlı tələbə döyüldü

Bakıda əcnəbi tələbə döyülüb.

Ulutv.info-nun lent.az-a istinadən məlumatına görə, hadisə paytaxtda yerləşən “Dalga Beach” istirahət mərkəzində qeydə alınıb.

Azərbaycan Tibb Universitetinin tələbəsi, İraq vətəndaşı, 1995-ci il təvəllüdlü Hussein Kamil Gumar ilə Türkiyə vətəndaşı, 1977-ci il təvəllüdlü Fuad Böyük Limat arasında dava olub.

Dava zamanı Türkiyə vətəndaşı iraqlı tələbəni döyüb. İraqlı tələbə hadisə ilə bağlı polisə məlumat verib.

Daxil olan məlumat əsasında Xəzər rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.


Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info