Salyanda avtomobil aşıb.

Ulutv.info-nun apa-ya istinadən məlumatına görə, hadisə Ələt-Astara magistralının Salyan rayonu ərazisindən keçən hissəsində baş verib.

“Mitsubishi Pajero” markalı avtombil idarəetməni itirərək aşıb. Qəza nəticəsində 1 nəfər qadın hadisə yerində ölüb, iki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info