Nərimanovda 10 yaşlı uşağı avtomobil vurub

Bakıda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

101.az-ın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

Avtomobil yolu keçən 2012-ci il təvəllüdlü Cavadova Ayan Akif qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.

UluTv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info