Bakıda reklam lövhəsi yandı

Bakının Binəqədi rayonunda yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının xarici divarına bərkidilən reklam lövhəsi 3 m² sahədə yanıb. Birinci mərtəbədə olan mağaza və bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info