Dələduzluğa görə həbs edilmişdi, cəzaçəkmə müəssisəsində öldü

Bakıda məhbus cəzaçəkmə müəssisəsində vəfat edib.

Bir müddət əvvəl Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə təqsirli bilinərək məhkum edilən Mahir Naib oğlu Cəbiyev cəzasını çəkdiyi 17 saylı müəssisədə dünyasını dəyişib.

Onun hansı səbəbdən vəfat etməsi hələlik məlum deyil.

Faktla bağlı ekspertiza təyin edilib, araşdırma aparılır.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info