Ötən gün yol qəzalarında 11 nəfər ölüb, 5 nəfər yaralanıb

Daxili İşlər Nazirliyi (DİN) ötən gün baş verən yol qəzaları ilə bağlı statistik məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, respublikanın avtomobil yollarında ötən gün 9 yol-nəqliyyat hadisəsi baş verib.

Nəticədə 11 nəfər ölüb, 5 nəfər isə xəsarət alıb.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info