Bakıda avtobus qəzaya uğradı: Yaralılar var

Bakıda marşrut avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Hökməli qəsəbəsindən Sulutəpə istiqamətinə gedən yolda qeydə alınıb.

Bu zaman 156 saylı marşrut xətti üzrə hərəkət edən avtobus qəzaya düşüb.

Nəticədə 2-si uşaq olmaqla, ümumilikdə yeddi nəfər xəsarət alıb.

Həmin görüntüləri təqdim edirik: 
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info