Şəhidin adını daşıyan qardaşı oğlu Nazim İsayev avtomobil qəzasında dünyasın dəyişdi - VİDEO

Ulutv.info xəbər verir ki, Xaçmaz rayon Yeni Həyat qəsəbəsində avtomobil yolunda baş vermiş hadisədə bir nəfər halak olub.

Ulutv.info-ya etibarlı mənbədən verilən məlumata görə, Motorlu Velisopedlə yolda hərəkətdə olan İsayev Nazim İlqar oğlu ehtiyatsızlıqdan əks istiqamətə keleçərək Tahirov Səid Şahməmməd oğlunun idarə etdiyi avtomobilə çırpılıb. Hadisə zamanı N.İsayev aldığı xəsarətdən vəfat edib. Hadisənin baş vermə anın görüntüləri tərəfimizdən əldə edilmiş və qəza hansı səpkidə baş verməsi açıq şəkildə görünməkdədir. Qəzanı törədən şəxs hadisə yerinə təcili tibbi yardım çağırmaq əvəzinə özü ona yardım etmək qərarına gəlir. Qəzadan sonra yerdə qalan N.İsayevin cansız bədənini sürücü sürüyərək öz avtomobilinin arxa oturacağına tərəf aparır. Daha sonra onu yerdən qaldırmağa gücü çatmadığından N.İsayevi ordaca yerdə qoyur. Qarşı tərəfdən gələn qırmızı rəgli avtomobildən düşənlərin köməkliyi ilə N.İsmayılovu digər avtomobilə aparırlar.

Məsələ ilə bağlı DİN-in Şimal Regionalı mətbuat xidmətindən Ulutv.info-ya verilən məlumata görə, 1987-ci il təvəllüdlü Səid Tahirovun idarə etdiyi "Hyundai" markalı avtomobillə qarşı yoldan gələn, velosipedçi 2002-ci il təvəllüdlü Nazim İsayevi vurub. Hadisə ilə bağlı cinayət işi başlanılıb. İstintaq davam edir. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək


Ulutv.İnfo

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info