Goranoyda müxtəlif cinayətləri törətməkdə şübhəli bilinən 15 nəfər şəxs saxlanılıb

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən cari ilin yanvar-
fevral ayları ərzində rayon ərazisində keçirilən əməliyyatlar-profilaktiki tədbirlər
zamanı narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan, dələduzluq,
oğurluq, qanunsuz olaraq odlu silah saxlama, qəsdən sağlamlığa zərər vurma, və
digər cinayətlər törədən ümumilikdə 15 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, həmin şəxslərdən 4-ü
narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində
polisin keçirdiyi əməliyyatlar nəticəsində tutulub.
Həmçinin, qeyd edilən dövr ərzində Rayon Polis Şöbəsinin əməkdaşlarının
keçirdikləri əməliyyatlar zamanı vətəndaşların etibarından sui-istifadə edərək
onlara qarşı dələduzluq edən və zərərçəkənlərin pullarını ələ keçirən 3, evlərdən və
mağazalardan 6 min manat dəyərindən nağd pul və əşya oğurlamaqda şübhəli
bilinən 2, qəsdən sağlamlığa zərər vuran 1, qanunsuz ov edən 1, qanunsuz olaraq
odlu silah əldə edib saxlmaqda şübhəli bilinən 4 nəfər saxlanılaraq istintaqa təqdim
olunublar. Bundan başqa şöbə əməkdaşlarının keçirdikləri müvafiq profilaktiki
tədbirlər nəticəsində 5 nəfər rayon sakini 2-si döyüş təyinatlı silah olmaqla
müvafiq sənədləri olmayan, müxtəlif marka və kalibilir ov silahlarını polisə
könülllü təhvil veriblər. Bu istiqamətdə davam etdirilən tədbilər nəticəsində rayon
ərazisində 2 ədəd “Kalaşnikov” markalı avtomat, 3 ədəd həmin silaha aid daraq və
112 ədəd 7.62 mm-lik patron aşkar edilərək götürülüb.
Aşkar edilən bütün faktlarla əlaqədar Goranboy Rayon Polis Şöbəsində
araşdırmalar davam etdirilir.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info