Bakıda binanın həyətində saxlanılan maşınlar yandı

Bakıda binanın həyətində saxlanılan maşınlar yandı

Ötən gecə Bakının Nizami rayonu ərazisində iki maşın yanıb.

“Mercedes” markalı hər iki avtomobil yanğın nəticəsində yararsız hala düşüb.

Hadisə binanın həyətində baş verib. Yanğın zamanı istidən yaxınlıqda olan daha bir maşının rəng örtüyündə qabarma əmələ gəlib. Həmin avtomobilin sahibi vaxtında maşını təhlükəsiz ərazidən uzaqlaşdırmaqla nəqliyyat vasitəsinə daha ciddi zərər dəyməsinin qarşısını ala bilib.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info