Korrupsiya ittihamı ilə həbs edilən Vilyam Hacıyevin əsil siması cəmiyyətdən niyə gizlədilir?

Prezidentin etimadını sarsan V.Hacıyevi kimlər himayə edir…?

Vilyam Hacıyev görünməz qüvələr tərəfindən himayə edildiyi barədə məlumatlar redaksiyamıza daxil olmaqdadır. Şəxsincinayət məsuliyyətindən yayınma cəhdləri etməsi cəmiyyətə sir deyil. Bir müddət əvvəl “Bona Dea International Hospital”da müalicə üçün getməsi və orada himayədar axtarışı zamanı kimlərlə görüsməsidə artıq bizlərə məlumdur.
ULUTv.info qeyd edir ki, 5 may 2020-ci ildə məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Vilyam Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilmişdir. Müvafiq ünvanlarda keçirilmiş baxış zamanı Vilyam Hacıyevin rayon icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev və başqaları vasitəsi ilə qəbul etdiyi pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, habelə ayrı-ayrı valyutalarda xüsusi qaydada qablaşdırılaraq saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülmüşdür. Eyni zamanda, sosial-məişət şəraitinin aşağı olması ilə bağlı mənzil növbəsində olan şəxslərə İmişli şəhərində dövlət büdcəsi vəsaiti hesabına inşa edilmiş çoxmənzilli yaşayış binasında növbəli qaydada verilməli olan mənzillərin Vilyam Hacıyev tərəfindən rüşvət müqabilində qanunazidd verilməsinə əsaslı şübhələr müəyyən edilmişdir. Əlavə olaraq, işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün əməkhaqqı kartlarına köçürülən məbləğlərin Vilyam Hacıyev tərəfindən ələ keçirilməsinə dair məlumatlar əldə edilmişdir. Həmçinin, Vilyam Hacıyevin rayon ərazisində təmir-tikinti, abadlıq işlərinə, habelə İmişli Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının tikintisinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin müntəzəm nağdlaşdıraraq mənimsəməsinə dair əsaslı şübhələr müəyyən edilmişdir. Bundan başqa, Vilyam Hacıyevin tabeçiliyində olan vəzifəli şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən, eləcə də rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair məlumatlar əldə edilmişdir.
6 may 2020-ci ildə istintaq orqanı tərəfindən V. Hacıyevə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 179-cu (mənimsəmə) və 311-ci (rüşvət alma) maddələri ilə ittiham elan edilmişdir. Səbail rayon Məhkəməsi tərəfindən Vilyam Hacıyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilmişdir.

1 sentyabr 2020-ci il tarixində Vilyam Hacıyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanı Səbail Rayon Məhkəməsinə təqdimat vermişdir.

İki ildən artıqdır korrupsiya əməli ilə həbsdə olan, istintaq və məhkəmə prossesi davam edən Vilyam Hacıyevin əsil siması niyə cəmiyyətə təqdim edilmir?
ULUTv.info xəbər verir ki, V.HAcıyev cəmiyyətə xidmət üçün təyin edildiyi vəzifəsində sui-istifadə etməsi istintaq dövründə subuta yetirldiyindən məsələnin hüquqi qiymətinin verilməsi proseduruna uyğun olaraq Məhkəmə baxışına verilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsində davam edən məhkəmə istintasqı yekunlaşmaq bilmir. Bu şəxsin milyonlar mənimsəməsi və milyonlarla vəsaiytində əmlak olaraq nəğdiləşdirilməsi danılmaz faktdır. Şəxs 30 ildir vəzoifələrdə çalışıb. Çalışdığı vəzifələrin hər birindən lazımı qədər istifadə edərək milyonlar əldə edib. Rəsmi açıqlamalarda V. Hacıyevə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 179-cu (mənimsəmə) və 311-ci (rüşvət alma) maddələri ilə ittiham elan edilmişdir. Lakin daha sonra şəxsin CM-nin 228-ci maddəsinində ittihamda olması məlum olmuşdur. Bu isə məhkəmə iclası zamanı “V.Hacıyevin məni sifarişlə həbs ediblər” deyə verdiyi ifadəsindən dərhal sonra media qurumlarına ötürülmüşdür. Media bu gün gedən proseslərə tam olaraq hakim ola bilmir. Gedən prossesdə tam ittiham cəmiyyətə açıqlanmadan demək olarasa bağlı aparılır. Məhkəmə prosessində iştirak edən jurnalistlərə nə qədər informasiya verilməsi belə hakimin diqtəsi ilə həl edilir. Hakimin razılığı olmadan media qurumlarında Vilyam Hacıyevlə bağlı jurnalist araşdırmaları aparılan məsələlər işıq üzü görmür. Bu və digər məqamlarda məhs redaksiyamız tərəfindən araşdırıldıqdan sonar oxuculara təqdim ediləcəkdir.

Seyidoglu_MK

GƏLƏN YAZIMIZDA

1. Vilyam Hacıyevin rüşvət aldığı şəxslər və onların tutduğu vəzifələri (mövqeyi)…
2. Cinayət işində qabaqcadan əlbir olduğu şəxslərin kimlikləri və onların hazırda vəzifədə çalışıb çalışmadığı...
3. V.Hacıyevin cinayət işinə görəmi yoxsa, özünün işindəki nöqsanına görəmi oğlu Məhəmməd Hacıyevin Prokurorluq orqanından xaric edilməsi…
4. Özünü hələdə icra başcısı postundan düşdüyünü hiss etməyən V.Hacıyev türmə həyatında hansı oyunbazlıqlarla məşğuldur...
5. Türmədən hansı vəzifəli şəxslərin yaxın qohumları ilə əlaqə saxlayır və onlarla hətta görüşmüşdür?
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info