Ramiz Məliklə vida mərasimi keçirilir - FOTOLAR (YENİLƏNİB)

Azərbaycanın Xalq artisti Ramiz Məlik ilə vida mərasimi keçirilir.

Bakıdakı Heydər məscidində keçirilən mərasimdə mədəniyyət və incəsənət xadimləri, mərhumun ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Vida mərasimi başa çatdıqdan sonra mərhumun nəşi ll Fəxri Xiyabana aparılacaq və orada torpağa tapşırılacaq.

*** 10:40

Xalq artisti Ramiz Məliklə vida mərasimi bu gün saat 13:00-da Heydər Məscidində baş tutacaq.

Xalq artisti 2-ci Fəxri Xiyabanda dəfn olunacaq.

***

08:49

Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü, "Şöhrət" ordenli Ramiz Məlik dünyasını dəyişib.

O bu gün səhər saatlarında vəfat edib.

Qeyd edək ki, Ramiz Məlik uzun müddət idi ki, onkoloji xəstəlikdən müalicə olunurdu.



Ramiz Məliklə vida mərasimi keçirilir - FOTOLAR (YENİLƏNİB)













Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info