Zaqatalada çaqqal hücumu: “Daşla vurdum, xeyri olmadı” - VİDEO

Zaqatalanın Muxax kəndində dərsə gedən iki şagird və daha üç nəfər çaqqal hücumuna məruz qalıb.

Hadisə şahidinin sözlərinə görə, çaqqal kənd sakinləri tərəfindən öldürülüb:

“Uşaqların səsinə yola çıxdım. Gördüm ki, çaqqal onların üzərinə cumub. Onu uzaqlaşdırmaq istəyəndə mənim üzərimə hücum etdi. Daşla vurdum, təpiklədim, amma xeyri olmadı. Bir az keçəndən sonra uzaqlaşdı. Yoldan aşağı gedəndə də qonşular öldürüblər”.

Hər iki şagird və digər kənd sakinlərinə Zaqatala Rayon Mərkəzi Xəstəxanasında (RMX) müvafiq yardım göstərilib, ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

Qeyd edək ki, 10 min nəfərə yaxın sakini olan Muxax kəndində əvvəllər də vəhşi heyvanların insanlara hücum çəkməsi və xəsarət yetirməsi halları baş verib.

Ətraflı aşağıdakı süjetdə:

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info