Nazarbayev uzun müddətdən sonra ictimaiyyət arasına çıxdı


Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev uzun müddətdən sonra ictimaiyyət arasında görünüb.

“Astana Klubu”nun yeddinci iclasında iştirak edib.

Görüş zamanı Nazarbayev yeni geosiyasi reallığın formalaşmasının əsas səbəblərini, o cümlədən beynəlxalq münasibətlərdə güc qarşıdurmasının artması, sanksiyaların məhdudlaşdırılması fonunda dünyanın iqtisadi arxitekturasında multiböhran, iqlim dəyişikliyi və zəifləməni qeyd edib.

O, nüvə təhlükəsini azaltmaq üçün əməkdaşlığın vacibliyini vurğulayıb.

Qeyd edək ki, bu yaxınlarda Nazarbayev yazdığı memuarla gündəmə gəlmişdi.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info