Zaqatalada qadının küçədə qətlə yetirilməsinin bəzi TƏFƏRRÜATI məlum oldu - FOTO

Noyabrın 24-də saat 9 radələrində Zaqatala şəhərində 1989-cu il təvəllüdlü Aygün Mikayıl qızı Həşimovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1991-ci il təvəllüdlü Əli Fərhad oğlu Səfərov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info