Sumqayıtda silahlı basqın olunan evdən görüntülər - VİDEO

Oktyabrın 28-də saat 05:50 radələrində Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində iki nəfərin ölməsi və iki nəfərin xəsarət alması barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Bu barədə Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, prokurorluq və polis əməkdaşları tərəfindən kriminalist və ekspertlərin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, digər zəruri hərəkətlər aparılıb və iş üzrə əhəmiyyət kəsb edən sübutlar götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələrilə cinayət işi açılıb.

Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.



Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info