Bu gün Qubadlı Şəhəri Günüdür

Azərbaycanda 25 Oktyabr - Qubadlı Şəhəri Günüdür.

Ulutv.info xatırladır ki, 2023-cü il iyulun 31-də Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, hər il aşağıdakı günlər işğaldan azad edilmiş ərazilərdəki şəhərlərin günləri kimi təntənəli şəkildə qeyd olunacaq:

26 avqust - Laçın Şəhəri Günü;

4 oktyabr - Cəbrayıl Şəhəri Günü;

17 oktyabr - Füzuli Şəhəri Günü;
20 oktyabr - Zəngilan Şəhəri Günü;

25 oktyabr - Qubadlı Şəhəri Günü;

8 noyabr - Şuşa Şəhəri Günü;

20 noyabr - Ağdam Şəhəri Günü;

25 noyabr - Kəlbəcər Şəhəri Günü.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info