Fuad Hüseynəliyev: “Separatçılar Azərbaycanı lokal antiterror tədbirlərinə başlamağa məcbur etdilər”

“Qarabağ bölgəsində yaşayan separatçılar Azərbaycanı lokal antiterror tədbirlərinə başlamağa məcbur etdilər”.

Bunu “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev Ukraynanın “1+1” telekanalının efirində deyib.

F.Hüseynəliyev xatırladıb ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Qarabağın erməni əhalisinə Azərbaycan cəmiyyətinə reinteqrasiya etmək üçün vaxt verib:

“Lakin onlar verilən fürsətdən istifadə etmədilər”.
Onun sözlərinə görə, Ermənistan hərbçiləri vaxtaşırı Azərbaycan Ordusunun mövqelərini atəşə tutublar.

İnformasiya agentliyinin direktoru vurğulayıb ki, Qarabağ bölgəsində həyata keçirilən lokal antiterror tədbirləri erməni quldur dəstələrini zərərsizləşdirmək məqsədi daşıyır.

“Qarabağda yaşayan ermənilər Azərbaycan Konstitusiyasını qəbul etməlidirlər”, - deyə F.Hüseynəliyev vurğulayıb.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info