Cənab Zeynalovun işçiləri yenə də narazılıq yaradır...

Oğuz şəhəri, H.Əliyev pros. Ev 16 da yaşayan Xalid Seyidov tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb.
Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə narazı vətəndaş DYP -nın Şəki Regional MERO nun mənə məxsus avtomobilin texniki baxışdan keçirilməsinə icazə verməməsindən giley edir. Müraciəti olduğu kimi təqdim edirik:

"Hörmətli Prezident! Bu gün sentyabrın 14-də mən şəxsi VAZ 2101 markalı, 48BF288 nömrəli avtomobilimlə növbəti müddət üçün texniki baxışdan keçmək üçün DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin 8 saylı İmtahan -qeydiyyat şöbəsinə gəlmişdim. Xatırladım ki, 8 ay əvvəl mənə məxsus avtomobilin dam örtüyünün ağ, kuzov hissəsinin isə göy rəngdə olmasına görə texniki pasportda DYP-da belə də qeydiyyat aparılmışdır.

Bu gün isə mənim avtomobilimin qəti surətdə texniki baxışdan keçirilməsindən imtina etdilər. Səbəbini də dam örtüyünün fərqli rəgdə olmasıilə əlaqələndirdilər. O zaman niyə 8 ay əvvəl həmin idarə mənə texniki pasport verirdi? İndi də deyirlər ki, get damı rənglət sonra gələrsən baxarıq.
Mən fiziki şəxsəm. Əgər belə qanun mövcuddursa zəhmət çəkib təqdim etsinlər. Edə bilmirlərsə, mən fiziki şəxsin bu məsləyə görə heç bir təqsiri və məsuliyyəti ola bilməz.

Hesab edirəm ki, DYP sistemində belə özbaşnalıqlara son qoymağın vaxtıdır. Heç bir sübutedici sənəd təqdim etmədən kefləri istəyən sürücünün avtomobilini belə bəhanələrlə cəzalandırmazlar. Belə bazarın aradan qaldırılması vaxtı çoxdan çatıb.

Odur ki, cənab Prezident və DİN rəhbəri cənab Vilayət Eyvazov! Sizdən çox xahiş edirəm ki, Şəki DYP əməkdaşlarının mənim qarşımda qoyduqları süni tələbin əsassız olmasına görə məni süründürməçilikdən və vaxt itkisinə yol verməməyim və əlavə maddi ziyana düşməməyim üçün məslənin DİN-nin BDYP İdarəsi səviyyəsində arayış təqdim edilməsinə göstəriş verəsiniz".

Məsələ ilə bağllı Xalqxeber.az olaraq bütün əlaqədar qurum və şəxsləri dinləməyə hazırıq...
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info