Ermənistan Azərbaycana qarşı növbəti hərbi təxribata hazırlaşır - VİDEO

Hərbi dairələrdəki mənbələrimiz Ermənistanın Azərbaycanla şərti sərhəddə 1,2,3 və 4-cü hərbi korpusları fəal şəkildə gücləndirdiyini, həmçinin son həftələr İran ərazisindən zirehli texnika və artilleriya mərmilərinin hərbi birləşmələrə çatdırılması barədə məlumatları təsdiqləyir.

“Caliber”in məlumatına görə, Ermənistanda təmir müəssisələri fasiləsiz işləyir, təmir oluna bilən bütün texnikanı işə salmağa çalışırlar. Həmçinin, Ermənistan Azərbaycanın Qarabağ bölgəsindəki silahlı qüvvələrini yüksək döyüş hazırlığı səviyyəsinə çatdırıb.

Təkcə son bir həftə ərzində Ermənistanda ehtiyatdan on minə qədər hərbçi çağırılıb və bunun fonunda erməni hərbi ekspertlərin ölkədə guya səfərbərliyin baş tutmaması ilə bağlı açıqlamaları əslində Azərbaycan və dünya ictimaiyyətini yanlış məlumatlandırmaq üzrə kampaniyanın tərkib hissəsidir.

Odur ki, yaxın vaxtlarda həm ölkədaxili, həm də geosiyasi öhdəlikləri olan Nikol Paşinyan rejimindən ciddi hərbi təxribat gözləməyə əsas var. Qarabağda resursların məhdud olduğunu nəzərə alsaq, çox güman ki, orada diversifikasiya xarakterli təxribat əməliyyatları aparıla bilər. Düşmən əsas hərbi əməliyyatları Ermənistanla şərti sərhədimizdə keçirəcək.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info