Baş nazirdən yeni qərar: yol vergisi belə hesablanacaq

Azərbaycanda xarici qeydiyyatı olan nəqliyyat vasitələri üçün yol vergisinin hesablanmasında dəyişiklik edilib.

Tribunainfo.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov “Dövlət büdcəsinin gəlirlərinin, o cümlədən dövlət büdcəsinin qeyri-neft gəlirlərinin və dövlət büdcəsinin neft gəlirlərinin proqnozlaşdırılması Qaydası”na dəyişiklik edilməsi ilə bağlı qərar imzalayıb.

Qərara əsasən, yol vergisinin hesablamasında bunlar istifadə ediləcək:
– avtonəqliyyat vasitələrinin növü, mühərrikin həcmi və Azərbaycanın ərazisində qaldığı müddət;
– oturacaq yerlərinin sayı və Azərbaycan Respublikasının ərazisində qaldığı müddət;
– avtonəqliyyat vasitələrinin oxlarının sayı və Azərbaycan ərazisində qaldığı müddət;
– avtonəqliyyat vasitələrinin yüklə birlikdə ümumi çəkisi;
– Azərbaycan Respublikasının ərazisində qət edilən məsafə.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info