Qarabağda yaşayan erməni sakinlərin “Laçın” sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidi davam edir

Qarabağda yaşayan erməni sakinlərin “Laçın” sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidi davam edir.

APA xəbər verir ki, sentyabrın 5-də Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus doqquz avtomobildə ümumilikdə 29 nəfərin “Laçın” sərhəd-buraxılış məntəqəsindən keçməklə Xankəndi-Gorus istiqamətində hərəkəti təmin olunub.

Onlardan dörd nəfər BQXK-nın əməkdaşı, doqquz nəfər sürücü, doqquz nəfər xəstə, altı nəfər müşayiətçi, bir nəfər isə tibb işçisi olub.
Bu, bir daha göstərir ki, Laçın yolunun bağlı olması barədə erməni tərəfinin iddiaları əsassızdır. “Laçın” sərhəd-buraxılış məntəqəsi humanitar məqsədlər üçün açıqdır.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info