FHN: “Dağlıq ərazidə köməksiz qalan şəxslərlə rabitə qurulub, təxliyə işləri aparılır” - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə İsmayıllı rayonu istiqamətində dağlıq ərazidə iki vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən verilən məlumata görə, dərhal köməksiz vəziyyətdə qalan şəxslərlə rabitə əlaqəsi yaradılıb və koordinatları müəyyən edilərək aidiyyəti üzrə ötürülüb.

Hazırda vətəndaşlar Elnur Nəciyevin və Emil Cəbrayılovun aidiyyəti qurumlarla koordinasiyalı şəkildə təxliyə edilməsi istiqamətində işlər aparılır.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info