Avqustun 26-da Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban Əliyevanın doğum günüdür

Bugün Avqustun 26-da Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban Əliyevanın doğum günüdür.
Şərqin gözəl və müdrik, sosial baxımdan fəal və çox yüksək intellektə malik, Azərbaycan qadınının parlaq rəmzi Mehriban xanım Əliyeva təcrübəli siyasətçi və dövlət xadimi olmaqla bərabər, həm də ölkəmizin beynəlxalq imicinin möhkəmlənməsi üçün fəal səy göstərən sədaqətli və fədakar şəxsiyyətdir. Milli-mənəvi dəyərlərimizn qorunması və mədəniyyətimizin təbliği sahəsində, eyni zamanda Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında misilsiz xidmətlər göstərən birinci xanım, həm də cənab prezident İlham Əliyevin Azərbaycanın inkişafı ilə bağlı mübarizə aparan ən yaxın silahdaşıdır. Mehriban xanım Əliyeva qadının nə ailəni karyeraya, nə də karyeranı ailəyə qurban vermədən uğurlar əldə edə bilməsinin gözəl bir nümunəsi, həm də örnəyidir.


​1964-cü ilin bu günündə - 26 avqust tarixində ziyalı ailəsində dünyaya göz açan Mehriban Əliyeva yazıçı, ədəbiyyatşünas, Azərbaycanın Əməkdar Elm Xadimi, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayevin və görkəmli jurnalist, pedaqoq, Əməkdar elm xadimi Nəsir İmanquluyevin nəvəsidir. Atası Arif Paşayev Azərbaycanın görkəmli alimi, pedaqoqu, ictimai xadim, Milli Elmlər Akademiyasının akademiki, Dövlət mükafatı laureatı, fizika-riyaziyyat elmləri doktoru, professordur. Anası Aida İmanquliyeva şərqşünas, ədəbiyyatşünas, tərcüməçi, filologiya elmləri doktoru, professordur. Aida İmanquliyeva Azərbaycanda ərəb ədəbiyyatı üzrə ilk elmlər doktoru, ilk professor – qadındır.
​ Mehriban Əliyeva 1982-ci ildə 23 saylı məktəbi qızıl medalla bitirərək N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1983-cü ildə Ulu öndər Heydər Əliyevin oğlu və siyasi davamçısı cənab İlham Əliyevlə ailə həyatı qurub. Leyla, Arzu və Heydər adlı üç övladı var.
​Fəaliyyəti dövründə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı olan Mehriban xanım Əliyeva​ 2 fevral 2017-ci il tarixində Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib.

Həyatın ən müxtəlif sahələrində xeyli sayda əsl mənada mühüm, eyni zamanda nəcib əməllərinizə görə Sizə təşəkkür edirik!

Sizə valideyn himayəsindən məhrum olmuş uşaqlar, uşaq evləri və internatların yetirmələri təşəkkür edirlər. Minlərlə yenilənmiş məktəbə, insanlara qaytarılan sağlamlığa, istedadlı gənclərə dəstəyə, çətin dəqiqələrdə köməyə görə təşəkkür edirik!
Sizə vətənə xidmət yolunda və işlərinizdə və fəaliyyətinizdə bol bol uğurlar arzulayıram.

Siz həmçinin mərhəmətli və xeyirxah insansınız.

Yaxşıki varsınız.
Siz hamının Mehribanı və hərkəs üçün sevimlisiniz
Yaxşıki Azərbaycan respublikasının 1-ci vitse prezidentisiniz.

58-ci yaşınız mübarək olsun dəyərli Mehriban Xanım

Sizin diqqətiniz, qayğı və dəstəyiniz mənim üçün çox dəyərlidir.

Azərbaycan xalqı sizinlə fəxr edir hörmətli Mehriban Xanım.

Mən Fərid Şərifov qeyd etmək istəyirəm ki Təkcə Azərbaycanın deyil, bütün Türk və Müsəlman Dünyasının şəriksiz qadın ilderi, qayğıkeş ana, sədaqətli həyat yoldaşı, gözəl insan Mehriban xanım Əliyevanı ad günü münasibətilə, bu xoş gün münasibətilə məndə bir gənc olaraq öz adımdan​ səmimi qəlbdən təbrik edir, ona və ailəsinin bütün üzvlərinə möhkəm cansağlığı, xoşbəxtlik, sülh və firavanlıq, məsul və nəcib, xeyirxahlıq fəaliyyətində böyük uğurlar arzu edirəm.

Ad gününüz mübarək dəyərli, hörmətli Mehriban Xanım!

Hörmətlə Birinci vitse prezident Mehriban xanım Əliyevanın könüllüsü, YAP üzvü, Nərgiz Fondunun əməkdaşı, Nərgiz Jurnalının əməkdaşı, Ulutv.İnfo xəbər portalının əməkdaşı, Bakunews.az xəbər portalının əməkdaşı Fərid Şərifov

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info