Yasamal rayonu Əhməd Bakixaov adina 6 nömrəli Uşaq Musiqi Məktəbinin direktor Sevda Rəhimovanın qanunsuz əməlləri

Yasamal rayonu Əhməd Bakixaov adina 6 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimləri Mahirə Kərimova Kürsüm Bağiyeva Tamilla Kazimova Ülkər Haciyeva və digər 1 necə müəllimlər və valideynlər Mədəniyyət nazirliyinə və digər orqanlara Əhməd Bakixanov adina 6 nömrəli uşaq musiqi məktəbinin direktoru Sevda Rəhimovanin qanunsuz əməllərindən, təhqirlərindən santajlarindan dözülməz yalan şər böhtan təxribatlarindan şikayət etmişik. Dövlət vəsaitinin mənimsədiyini Yasamal rayon prokurorluğu təsdiq edib ki 10 minə yaxin pulu mənimsəyib. Mənimsəmə israf etmə və digər cinayətləri sübuta yetirilib.
Mənimsəmə israf etmə cinayəti törətmiş direktor,həmdə vəzifə cinayəti törətmişdir,deməli Direktor Sevda Rəhimova etiraf edib ki,10 minə yaxin pulu mənimsəyib,həmdə eyni zamanda təsdiq edib ki,vəzifə saxtakarliği səhlənkarliği edib,və vəzifə səlahiyyətlərindən sui istifadə edib.Lakin əsas məsələ ondan ibarətdir ki dövlətin 10 min manata yaxın pulunu yeyən direktor hələ də direktor vəzifəsində qalmağa davam edir. Direktor Sevda Rəhimova deyir ki arxam var,nə edirsiz edin,kimə istəsəz deyin mənə heç kim,heç nə edə bilməz.
Direktor Sevda Rəhimova arxa dayağım var dediyi adamların köməyi ilə etdiklərini cənab nazir Adil Kərimlidən gizlədilir. Tələbimiz bundan ibarətdir ki,bu cür qanunsuz əməlləri törədən direktor mədəniyyət ocaginda rəhbərlik edə bilməz,dövlət büdcəsində yeyinti etmiş direktor şagirdlərə müəllimlərə nümunə ola bilməz.
Əhməd Bakixanov adina 6 nömrəli uşaq musiqi məktəbinin direktoru Sevda Rəhimovanin qanunsuz əməlləri dövlət büdcəsinin pulunu israf etmə yeyinti mənimsəmə talama 179 maddəylə cinayət törətdiyi 24 iyun 2023 cü il Yasamal rayon prokraturasi tərəfindən aşkarlanib,lakin mədəniyyət naziri cənab Adil Kərimlidən bu fakt gizlədilir və nəticədə edilən şikayətlərin hamisi Mədəniyyət Naziri cənab Adil Kərimliyə gedib çatdirilmir,lakin aşkarlanmiş cinayətin nəticəsindən əvvəl 22 may cənab nazir Adil Kərimlinin qəbulunda olan biz müəllimlərə deyib ki ədalətli bu məsələyə obyektiv baxacam,biz nazirimizin ədalətli olacağina cox inaniriq,nazirimiz cənab Adil Kərimli cox vətənpərvər dövlətinə millətinə sadiq savadli nazirdir,cox hörmətli prezidentimiz cənab Ilham Əliyevin sərancami ilə cənab Adil Kərimli mədəniyyət naziri nazir olmaği münasibəti ilə təbrik edirik işlərində ugurlar arzu edirik!
Onu əlavə olaraq qeyd edirəm ki,maliyyə nazirliyi yoxlama apararkən məktəbdə heç zaman görmədiyimiz şagirdlər və müəllimlər peyda olmuşdu.Maliyyə nazirliyi yoxlamasi tərəfindən direktor Sevda Rəhimovanin 21 900 manat dan cox maliyyə əskikliyi olmasi yoxlama akti ilə öz təsdiqini tapib,bu xəbèri bizə Baki Şəhər prokurorluğu və Yasamal rayon prokurorluğundan deyiblər,Yasamal rayon prokrorlugunun araşdirdiği nəticə 9731 manat 10 minə yaxindir, xeyli miqdarda yeyintidir.Dövlət büdcəsini mənimsəyib talayib israf edib.
Ölkə başçısı cənab prezident İlham Əliyevin korrupsiya ilə necə amansız mübarizə apardığını, bununla bağlı hansı islahatlar həyata keçirildiyi hər kəsə bəllidir. Amma təssüf ki, bəzən məmur özbaşnalığı səbəbindən cinayətkar cəzasız qalır. Bütün bunlarla bağlı biz təkrarən bütün aidiyyatlı qurumlara ərizə ilə müraciət etmişik.İnanırıq ki, etdiyimiz şikayətlər cavabsız qalmayacaq. İşlədiyimiz təhsil olacağında daha dəqiq və ciddi araşdırmalar aparılacaq və cinayətkarlar cəzalarına çatacaqlar. Dövlət büdcəsinin pulunu yeyinti israf mənimsəmə talama 179 cu maddəylə cinayət törətmiş aşkarlanan bir direktor hələdə öz vəzifəsindədir!

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info