Tovuz döyüşlərində “Harop”un tətbiqi - VİDEO

Dövlət Sərhəd Xidməti (DSX) 2020-ci il iyulun 12-də baş vermiş Tovuz döyüşləri zamanı düşmənə qarşı “Harop” PUA-larının tətbiq olunmasına dair video yayıb.

Videoda gecə döyüşlərində düşmən hərbi hissəsinin qərargahına “Harop”un tətbiqi görünür. Ermənistan ordusuna məxsus hərbi hissənin əvvəlki və “Harop”la vurulandan sonra dağılmış vəziyyəti əks olunur.

Bununla yanaşı, videoda gecə və gündüz saatlarında düşmənin silah-sursat anbarına, dayaq məntəqəsinə, hərbi texnika və avtomobillərinə zərbələr də videoda yer alıb.
Partlayışlardan sonra ərazidə dağıntılar yaranıb, düşmənin canlı qüvvəsi məhv olub.



UluTv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info