Baş redaktora `50 QƏPİKLİK` HƏDƏ... - BU NƏDİ BELƏ?

Bu fotoda gordüyunüz şəxs Azərbaycanda ən populyar media orqanı olan"Hürriyyət"qəzetinin,"Hürriyyət.az" saytının,"Hürriyyət TV" və "Ulutv"-nin baş redaktoru, tanınmış Vüqar Tofiqoğlunu öldurməklə hədələyib.
Bu şəxs kriminal aləmin üzvü, razborşik, dələduzluq və narkotikdən 10 il həbs cəzası çəkən, hal-hazırda Bakı şəhərində güclü biznes şəbəkəsinə sahib olan Kəramət Məmmədovdur.
Kəramət Məmmədov Nizami rayonunda yerləşən, vaxtı ilə qeyri-qanuni yollarla əldə etdiyi məhşur"Kometa" indiki" 50 qəpik"restoranınin,
Yenə Nizami rayonunda yerləşən Su tikinti xəstəxanasının yanında dəyəri 30 milyon manat olan 2 hektar torpaq sahəsini vaxtilə Nizami rayon icra başçısı işləmiş Mehbalı Əliyevin dövründə qeyri-qanuni yolla ələ kecirmiş, "Sədərək "ticarət mərkəzində bir neçə ədəd böyuk topdansatış obyektlərinə sahibdir.
Kəramət Məmmədov əldə etdiyi milyonlarla sərvət hesabına bəzi dövlət orqanlarında, parlamentə, hətta ölkədən kənarda yerləşən Dövlətimizin basçısı, onun ailəsi haqqında qara kompaniya aparan internet televiziyasını maliyyəsinin təmin etməklə media tərəfdən də ozünə "dayaq" təmin edib.
Bütun bu əldə etdiyi imkanlar Kəramətdə o qədər özunə əminlik yaradıb ki, 90-cı illərdəki kimi cinayətlərinə davam etməyə başlayıb .
Orta məktəb şagirdi qədər biliyi olmayan, savadsız və cahil bir adamın bu qədər sərvətə sahib olması təbii ki, onu qanunlara və Dövlətə hörmət etməməyə sürükləyir.
Bu hesabsız sərvətin ona verdiyi cəsarətdir ki, Azərbaycanda və dünyada taninmiş partiya sədri haqqında sosial platformada böhtan, təhqir və təhdidlər yağdırdiqdan sonra yenə Azərbaycanda ən populyar media qurumu olan "Hürriyyət"-in baş redaktoru Vüqar Tofiqoğlunu ölumlə təhdid edir. Ən faciəlisi də odur ki, Kəramət Məmmədov bütün bu təhdidləri edərkən hüquq-mühafizə orqanlarında və parlamentdə onun arxasında dayananların olduğunu çəkinmədən deyir.
Azərbaycanı Dövlət kimi qəbul etməyən cinayətkar ünsürləri, Dövlətimizi və Prezidenti zəif göstərmək istəyən "həşəratlari" ən qısa zamanda məhv edilməsinin şahidi olacağıq .
(Cəsur Məmmədov hurriyyet.az)

UluTv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info