Elmi Cərrahiyə Mərkəzindən 327 minlik ŞÜBHƏLİ TENDER

Akademik M.Topçubaşov adına Elmi Cərrahiyə Mərkəzi “Maşın və avadanlıqların satın alınması” üçün bu ilin aprelin 20-də başladığı açıq tenderin nəticələrini və qalibi açıqlanıb.

Ulutv.org Bizim.Media-ya istinadla xəbər verir ki, maliyyə dəyəri 327 min 852 manat olan tenderin qalibi “Supplimed” MMC (VÖEN - 3300484411) olub.

Yaxın vaxtlarda tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin şərtlərinə əsasən, şirkət Mərkəz üçün 2 ədəd müxtəlif markalı kondisioner, 2 ədəd 15 kq-lıq paltaryuyan, 4 ədəd dörd gözlü elektrik plitəsi, 2 ədəd “A3” və “A4” formatlı printer, 3 ədəd skan aparatı, 1 ədəd komputer monitoru, 2 ədəd komputer, 1 ədəd 2,5 ton qaldırma gücü olan transpalet, 2 ədəd otbiçən, 1 ədəd kompressor, 1 ədəd dtolüstü telefon və 1 ədəd komputer-toçoqrafiya cihazı satın alacaq.

Qeyd edək ki, internet resurslarında MMC barəsində heç bir məlumat əldə etmək mümkün deyil. Hətta şirkətin yaranma vaxtı, hüquqi və vaktiki ünvanı və rəhbərliyi barəsində məlumata rast gəlmədik.

Bununla belə, şirkətin adı bir neçə qaranlıq və şübhəli tenderlərdə hallandırılır.

Belə ki, şirkət Masallı Rayon Mərkəzi Xəstəxanasının həyata keçirdiyi və Tender Komissiyasının rəsmi “etender.gov.az” saytında belə olmayan şübhəli tenderdə qalib gələn 9 şirkətdən biri olub və “Maşın və avadanlıqların satın alınması” ilə bağlı 2021-ci ilin 20 sentyabrında, 19 noyabrında və 31 dekabrında keçirdiyi tenderlərin qalibi olub və ümumi dəyəri 34 min 456 manat olan müqaviləyə imza atıb.

Maraqlı burasındadır ki, şirkət həmin il Sabirabad Rayon Mərkəzi Xəstəxanasının da şübhəli olan və maliyyə dəyəri 1 milyon 76 min 935 manat təşkil edən tenderində də iştirak edib. Qalib olduqdan sonra isə “Maşın və avadanlıqların satın alınması” ilə bağlı maliyyə məbləği 34 min 951 manatlıq satınalma müqaviləsinə imza atıb.

Şirkət 2022-ci ilin oktyabrın 7-də İcbari Tibbi Sığorta Dövlət Agentliyinin rentgen və digər diaqnostik vasitələrin satın alınması ilə bağlı elan etdiyi açıq tenderdə qalib olub və aralarında 3,018 milyon manat məbləğində satınalma müqaviləsi imzalanıb.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info