Azərbaycanda 120 nəfər koronavirusa yoluxdu, 4 nəfər öldü

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına yeni 120 yoluxma faktı qeydə alınıb, 91 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenicag.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4 nəfəri vəfat edib.

İndiyədək ümumilikdə 826803 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 816382 nəfər müalicə olunaraq sağalıb, 10017 nəfər vəfat edib, aktiv xəstə sayı 404 nəfərdir.

Ölkədə son sutka ərzində 2459, hazırkı dövrədək isə 7441759 test aparılıb.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info