“Qazi övladı 78 saylı tam orta məktəbdə müəlliməsi tərəfindən döyüldü...?”

Qeyd edək ki, təhsil illinin başlaması ilə yun yuma, çırpma və qurutma mərkəzi kimi kameralarımıza düşən 78 saylı məktəbin bu gün ondan böyük qalmaqalla gündəmə qayıtması normal hesab edilə bilməz. Belə ki, bu illin sentyabr ayında redaksiyamıza şikayət edərək övladının təhsilinə ciddi maniə olması ilə bağlı məlumat verən vətəndaşın xahişi üzrə adı çəkilən məktəbdə olduq. Məktəb direktoru bizim gəlişimizdən 10-15 dəqiqə əvvəl məktəbdən çıxmasına baxmayaraq onunla əlaqə saxladıq. Lakin bir direktorun kobud şəkildə yalan danışaraq, “əməliyyat olmuşam çoxdandır işə çıxmıram və təhsil idarəsi mənim yerimə özü icraçı şəxs təyin edib” cavabı həqiqəti əks etdirmədiyidə real fakt idi.

Media mənsublarının hansı səbəbdən gəldiyinidə artıq bütün məktəbdə xadimələr ayan olmuşdu. Yəni təhsil müəssisəsinin təmizliyi ilə məğul olanların yun sevdasının kameralara alınmasından dərhal sonra. Direktor bu baş verən və real fakt olan görüntüləri inkar etməyə cəhd etsədə fakt faktlığında qalmışdı. Məhs vətəndaşın şikayəti üzrə apardığımız araşdırmaları vətəndaşın probleminin həlindən sonra dayandırdıq. Bu gün isə eyni vətəndaşın övladından sankin qisas alınırmış kimi şagirdin döyülməsi valideyni qəzəbləndirib. Ulutv.info-ya verilən məlumata görə, 78 saylı tam orta məktəbin İbtidai sinif müəlliməsi Lalə İbadova Rəsul qızının şagirdin qulağından sərt şəkildə dartaraq onun bir neçə gündür ağrılar çəkməsinə səbəb olması ilə bağlı valideyn yenidən bizə üz tutdu. İbtidai sinif müəlliməsinin etdiyi hərəkətlə bağlı direktora şikayət edən valideyn onun yanında müəlliməyə direktorun zəng etməsindən danışdı. O qeyd etdiki direktorun zəng edərək sən Hüseynov Yusifin qulağını şəkmisən sualına L. İbadova bəlki mən çəkmişəm deyə cavab verib. Bu cavab qarşısında direktor Vüsal Hüseynova müəlliməni tənbeh edəcəm deməklə kifayətlənib. V.Hüseynov baş vermiş hadisəyə bu qədər biganə yanaşan direktorun özündəndə şikayətçi olduğunu və təhsil idarəçiliyinə qətiyən aid olmayan addım atan şəxsin vəzifədə qalmasının labud qərar hesab etmədiyin bildirib.

Ulutv.info-ya bu barədə məlumat verən valideyn qeyd edib ki, şəhidin adı verilmiş uşağı ilk öncə məktəbə qəbul etməyən “78 saylı məktəb” bu gün isə “1B” sinif şagirdini dərsini oxumadığına görə döyüb. İlk başdan ona və övladına qarşı aqresiv davranışın olduğ məktəb rəhbərliyindən danışıb. Buna səbəb məktəbdə qanunsuz baş Verənlərlə bağlı media mənsublarına müraciət etməsi olduğun qeyd edir.

“1B” sainifin rəhbəri L.İbadova şagirdi Hüseynov Yusif Vüsal oğlunu döyməsi, məktəb direktoruna şikayət edən valideynin qarşısında təsdiqlənib. Bu zaman valideyn uşağını dərsini bilmədiyi üçün cəza növü deyil şiddət gösatərmək ixtiyarını Lalə müəlliməyə kimin verdiyin xəbər alıb. Amma çox təsüflər olsun ki, verdiyi sualla cavab tapa bilməyib. Hüseynov Vüsal Etiram oğlu məktəbin həm müəlliməsindən həmdə direktorundan şikayətçi olduğunu qeyd edir.

Məsələ ilə bağlı Vüsal Hüseynovun verdiyi məlumatlara aydınlıq gətirilməsi üçün qarşı tərəfi dinləməyə hazırıq.
Araşdırmamız davam edir.
Ulutv.İnfo
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info