Neftçala rayonunda maarifləndirmə tədbiri keçirilib

Daxili İşlər Nazirliyinin Polis Akademiyasının təşkilatçılığı ilə Neftçala rayonunda yerləşən Heydər Əliyev mərkəzində, eləcə də rayon ərazisində yerləşən 9 təhsil ocağında IX-XI sinif şagirdləri ilə görüşlər keçirilib.

Ulutv.info xəbər verir ki, Görüşlərin keçirilməsində məqsəd yeniyetmə və gəncləri zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, onları təhsilə və sağlam həyat tərzinə təşviq etmək olub.

Tədbirlərin sonunda məktəblilərə bukletlər paylanılıb və Polis Akademiyasındakı müasir tədris prosesinə, kursantların hazırlığına həsr edilmiş videoçarx nümayiş olunub.

Ulutv.info





Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info