Dəmiryolçu ailələri Prezidenti cənab İlham Əliyevə MÜRACİƏT ETDİ!

Ucar rayon sakinləri Ulutv.info vasitəsi ilə Dəmiryolçu ailələri adından Prezident İlham Əliyevə müraciət edib. Onlar Yaşadıqları mənzillərin dağılmasından və gələcəkdə təhlükə ilə üzləşəcəklərindən qabaqcadan ölkənin bütün qurumlarına müraciət ediblər. heç bir nəticə ala bilmədiklərindən son ümid yeri olaraq Ölkə rəhbərinə üz tutdular.

Redaksiyamıza gönderilən məktubu olduğu kimi dərc edirik:

Ucar şəhəri N.Nərimanov küçəsi Dəmir Yolu 8 nömrəli Yaşyış binasının sakinləri tərəfindən


ŞİKAYƏT


Biz bu şikayəti imza edən şəxslər Ucar şəhəri N. Nərimanov küçəsində yerləşən Dəmir Yolu 8 nömrəli yaşayış binasında yaşayırıq. Həmin bina qəzalı vəziyyətdədir ki, hər an uça bilər.Buna görə sakinlərin həyat və sağlamlıqları ciddi təhlükə altındadır. Sözügedən binanın yüzdən çox yaşı var.Həmin binanın əsaslı təmir edilməsidə mümkün deyil. Çünki istifadə müddəti keçib tam yararsız vəziyyətdədir. Mütəxəsislər baxıb deyirlər ki, bu binanın təmiri mümkün deyil. Həttda bina 15 sm yerə çöküb.

Hamımız kasıb insanlarıq çörək pulumuzu güclə qazanırıq mənzili təmir etridməyə maddi imkanımız yoxdur.Həmçinin yuxarıda qeyd etdiyimiz kimi bu binanın təmir edilməsi mümkün deyil. Bu bina "Azərbaycan Dəmir Yolları" QSC-nin balansındadır, dəmiryolçu ailələrinə verilib. Hazırda bu binada yaşayan insanların həyat və sağlamlıqları ciddi təhlükə altındadır.

Yaşamağa başqa evimiz yoxdur çıxılmaz vəziyyətdə qalmışıq. Bu barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Fövqəladə Hallar Naziri cənab Kəmaləddin Heydərova, "Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbərinə və digər orqanlara ərizələrə müraciətlər etmişik.
Mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevdən, Fövqəladə Hallar Naziri cənab Kəmaləddin Heydərovdan və "Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbərindən xahiş edirik şikayət ərizəmizi yerində bizim iştirakımızla araşdırıb təcili tədbirlər görəsiniz.

İmza;
Qasımova Xanım Hümmət qızı
Əlaqə telefonu; (055) 806-97-97

Hüseynov Səfər Bahadur oğlu
Rüşanov Rüşan Zakir oğlu
Bəşirov Yediyar Məmmədalı oğlu
Əliyeva Ofeliya Mirzəhüseyn qızı
Doluxanov Sübhan Əhməd oğlu
Musayev Rövşən Sədiyar oğlu
Süleymanova Nərgiz Əşrəf qızı













Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info