YENƏDƏ DEAKTİV İŞLƏYƏN EKOLOGİYA NAZİRLİYİ..... - SONU GÖRÜNMƏYƏN FİYASKO...

Jurnalist Mirkənan Seyidovun şəxsi statusunda Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevə ünvanladığı müraciəti diqqətimizi çəkdi. Müraciətdə jurnalist konkret idarənin əməkdaşlarını ittiham etməklə onların vəzifə səlahiyyətlərini icrasının deaktiv olmasından dolayı narahatçılığını bildiribr. Məsələyə aydınlıq gətirmək ücün jurnalistlə əlaqə saxladıq o isə öz növbəsində bildirdi ki, etdiyi paylaşımdan sonra Vaqif Cavadov İradə İbrahimova zəng edərək jurnalistin onlar barəsində paylaşım etdiyi xəbərini verib. İ.İbrahimova isə günahkar olan V.Cavadovun sözü ilə jurnalistə zəng edərək milli dəyərlər yönündən danışmaqla məsələni sülhə bağlamağa çalışıb. Bu gün Jurnalist xanıma məxsus şəkili statusundan sildiyini lakin Nazirin şəklinin hələdə statusda olduğunu vurğuladıqdan sonra V.Cavadovun və əməkdaşı olan Elnur adlı şəxsin işinə son verilməyəcəyi təqdirdə ekologiya terorunun yaradanların elə nazirliyin daxilində olması ilə bağlı daim status paylaşacaqdır. Bu statusun Preüzidentə çatması üçün isə bütün səyi ilə çalışacağına dair söz verdi.


Müraciətdə deyilir:
"- Hörmətli Nazir Muxtar Babayev yazaraq diqətinizə çatırım ki, İllər əvvəl mətbuat xidmətinizin rəhbəri İradə İbrahimovanı 2019-cu ilin əvvəlində Bakunews.az xəbər portalında xanımın işi ilə bağlı tənqid məqaləsini dərc etmişdim. Bu günə qədər özümü bağışlaya bilmirdim ki, İradə İbrahimova haqqında gərək bacarıqsız mətbuat işçisi statusun ona aid etməyəydim. Amma təəssüf hissi ilə deməliyəm ki, bir neçə gündə apardığım bir araşdırmanın cavabını ala bilməməyim yenidən İradə İbrahimova haqında yazdığım yazıda nə qədər haqlı olduğumu mənə göstərdi. 11 saylı regional idarənizin rəhbəri Vaqif Cavadov və İradə İbrahimova kimilər üzündən paytaxtın və bütün Azərbaycan Respublikasının regionlarının yaşılıqları məhv edilir. Və buna səs çıxarılmamasına bacardıqları qədər süründürməçiliklə nail olurlar. Bir məlumatın dövlət sirri deyilsə verilməsi maksimum 3 iş günü müddətində olsada Sizin mətbuat xidmətiniz məlumat verməyi qoyun kənara hələ telefonlarımıza belə cavab verməkdə acizlik göstərir. Ekologiyanı aktiv fəaliyyət göstərən qurum kimi təqdim edilməsi də yanlış işdir. Burdan bütün media qurumlarına səslənərək fəaliyyətində nöqsan olan qurumların tərif edilməsinə son qoymaqlarını xahiş edirəm. Bu cür təbliğatlar sonda övladlarınızı oksigensiz, yaşama həvəsi ölmüş cəmiyyətin yaranmasına gətirib çıxaracaqdır.
Nazir Muxtar Babayev iqamətgahından başını çıxarıb ətrafda yaşılığın qalmadığını görmüsünüz...? cənab nazir Sizə qədər olan yaşılıqlar sizdən sonra artıq viran qalıb. Sizi posta təyin edərkən Cənab Prezident sizə vəzifənizi icra etmək tapşırığı vermişdi. Amma siz tapşırığın icrasını ağacların yerlərin tikintilərə satmaqda tam formatda işinizi icra etmiş hesab etdiniz? Fərasətiniz budur...? Mətbuat xidmətiniz regional idarəniz verilmiş sərəncamlara zidd əməl törədirlər. Hansı qayda və qanunlarla sizin əməkdaşlarınızla danışaq ki, mətbuatın sualarına tam obyektiv qərəzsiz yalansız cavab versinlər?"
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info