ŞOK! ŞOK! ŞOK! 14 yaşlı qızı hansı vicdanlı Hippokrat andı içmiş həkim abort edib...?

“Kimdir O, həkim 3 aylıq körpənin qanına əlini bulayıb...?”


Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 20 fəslində ŞƏXSIYYƏTİN CİNSİ TOXUNULMAZLIĞI VƏ CİNSİ AZADLIĞI ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR bölüməsinin 149-cu maddəsi özündə ehtiva edən əməlin törənməsinə görə cinayət məsuliyyəti yaranmaqdadır. Bu məsuliyyətin yaranmasına isə təqsirkar bir tərəf mütləq hesab edilir. Ehtimalara görə, S.... adlı gənc bir oğlanın Bərdə rayon Nəcəfqulubəyli kəndində Kəlbəcər rayon köçkünlərinin yaşadığı ərazidə öz həmkəndlisi 14 yaşlı M...-i 3 ay əvvəl zorlayaraq hamilə qoymuşdur.

Verilən məlumatların fərqli olması ola bilər istintaq gedişatına ləngitsin amma istintaqın nəticəsini əsla ləngitməz. Odur ki, bir tərəf qızın zorlandığını bildirir digər tərəf isə azyaşlı qızla cinsi münasibətə aldatmaqla nail olunduğunu deyir. Əlbətdə bunların hamısı ehtimallardır. Hansı məlumatın doğru olmasi istintaq sonunda bilinəcək.

- Bərdə rayonunda 14 yaşlı qızın hamiləliyi ləğv edilib...?


14 yaşlı qızı abortunu edən həkimin vəzifə səlahiyyətlərinə daxil edilən qayda qanunlara görə neqativ görünən hallarla bağlı dərhal Polis orqanlarına məlumat verilməkdə borcludur. Görəsən abortu həyata keçirən həkim bu zərurətini ududaraq şəxsi maraqlarını icra etmişdir...?
Ulutv.info-ya daxil olan məlumat dərhal DİN-nin Bərdə Regional mətbuat xidmətinə bildirilmişdir. Məlumat qeyd etdiyimiz kimi polis orqanlarından gizli saxlanılırdı. Bir şeyi cəmiyyət anlamalıdır ki, cinayət əməlinin el obadan ayıb hesab edilməklə gizlədilməsi daha sonralar digər şəxslərin bu əmələrin qurbanı olmasına şərait yaradır. Kimliyindən asılı olmayaraq hərkəs qanun qarşısında bərabərdir.
Bərdə RPŞ verilən məlumata dərhal reaksiya verilməklə araşdırma başlamış və məsələ nəzarətə götürülmüşdür. Ulutv.info-ya DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb, müvafiq ekspertiza təyin olunub. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

İlkin məlumatlarda qızın hamiləliyinin pozulması prosesində ehtimallara görə Hicran həkim şəxsən böyük rol oynaması qeyd edilən məlumatlarda yer almaqdadır. Lakin bunun nə qədər doğru olmasını sonda aparılan təhqiqat nəticəsində biləcəyik.

Xəbər verdiyimiz kimi, Bərdə rayonunda baş vermiş 14 yaşlı qızın hamilləliyinin pozulması məlumatı araşdırılmaqdadır. Digər tərəfdən isə redaksiyamıza məlumatlar durmadan göndərilir və hadisənin təfərüatlarını dərc etməklə Polis Təhqiqat və İstintaqına yardım etməyimizi özümüzə borc bilirik.

Beləki, Ulutv.info-nun redaksiyasına verilən məlumata görə, N.... adlı Kəlbəcər rayon sakinin 14 yaşlı qıza təcavüz edərək hamilə qoyması məlumatı ilə bağlı diqqətimiz Bərdə rayonundadır. 14 yaşlı qızın atası N.... və anası B.... ilə birlikdə Mərkəzi xəstəxananın qarşısında əsəbi halda gəzirlərmiş onları görən tanış şəxslərin B... xanım sən burda nə gəzirsən sualına isə ana qızının ağrıdığını və həkimə gətirdiyini bildirib. Ehtimalara görə ailəyə yaxın qohumluq bağları olan Hicran adlı həkimin onların abort etdirmək istəyinə köməklik göstərə biləcəyi iddia edilir. İlkin məlumatlarda 14 yaşlı qızın evində qustal üsullarla abort edildiyi bildirilmişdi. Lakin daha sonra apardığımız araşdırmalarda yeni versiyaların çıxması ana və atanın həyəcanlı halda xəstəxana qarşısında saatlarla qalması bu hadisənin nəticəsinin bitdiyi yerin Bərdə Mərkəzi xəstəxanası olmasına dəlalət edir.

Yenədə qeyd edirik ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb, müvafiq ekspertiza təyin olunub. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək. Həmçinin mətbuat xidmətindən bildirildi ki, nəticələrlə bağlı media orqanlarıda məlumat veriləcəkdir.

Ulutv.info

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info