Erməni terrorçularının 1 hərbi hissəsi və azı 1 postu məhv edilib

Azərbaycan Ordusunun Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində erməni terrorçu qruplaşmalarına qarşı həyata keçirdiyi cəza tədbirləri nəticəsində Kəlbəcər rayonunun Heyvalı kəndində artilleriya hərbi hissəsi və azı bir post məhv edilib.


Ulutv.info qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə "Caliber” məlumat yayıb.


Qeyd edək ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub.


Nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info