Zaqatala Mərkəzi Xəstəxananın adelkadrının koçuları Ulutv.info rəhbərini hədələdi -VİDEO

02.07.2022-ci il tarixində saat 12:04-də “UluTv.info” xəbər portalının +994554020285 əlaqə nomrəsinə +99470 **9 59 60 bu nomrədən zəng edilmişdir. Zəng edən xanım olduğundan adını qeyd etməyi ayıb bildim. Odur ki zəngin məğzinin nədən ibarət olmasını isə yazmadan keçə bilməzdim. Qısa müddət əvvəl “Zaqatala Mərkəzi Xəstəxanasında özbaşınalıq və rüşvət ŞOK həddə çatıb – VİDEO” başlıqlı yazının Ulutv.info saytında dərcinə dair edilən zəng idi. Beləki xanım özünü həm jurnalist həm vəkil olduğunu deməklə yanaşı, Zaqatala rayon Mərkəzi Xəstəxananın adelkadrı işləyən Gülnarə xanımın xalası qızı kimi təqdim etməklə söhbətinə başladı. S.... Xanım sanki xahiş üçün deyil əmr vermək üçün zəng etmişdi. Bir anlıq mənimlə danışan xanımın Ulutv.info-un təsisçisi və ya Baş redaktoru olduğun düşündüm. Görün hansı zamana gəlib çatmışıq ki xahişə zəng etmək üçün telefon açan manitorun arxasında aslan kəsilir. Hər şeyin ona məxsus olduğunu yəqin düşünməkdən irəli gələn məsələdir ki, bu düşüncəni real hesab edirlər. Realıqda isə xanım mənə tiktok və UluTv.info da onun youtube kanalında paylaşılmış məlumatın dərhal silinməsini göstəriş verirdi. Hazırda məni məhkəməyə verməklə hədələməkdən çəkinmədi. Məsələ burasındadır ki, Gülnarə xanımın qardaşının Zaqatala rayon İcra Hakimiyyətinin yüksək vəsifə sahibi olmasıda redaksiyamıza verilən məlumatlar içində yer almaqdadır. Xanım məlumatın hardan gəldiyini bilmədən adlar çəkir və Tariel adlı şəxsin hazırda həbsdə olduğunu vurğulamaqla yayılan video görüntüyə haqq qazandırmaqı özünə sanki borc bilir. Görən xəstəxana əməkdaşının vəkiliyini etməyə bu xanımı nə vadar edir...? münasibətin beləsidə təzə tendensiya oldu...
Ulutv.infonun rəhbəri olaraq rəsmi şəkildə Daxili İşlər Nazirliyi və bir sıra qurumlara müraciət etməyə hazırlaşıram . Məsələnin göz ardı etməyim gələcəkdə qələminə hörmət etdiyim jurnalistlərində mənim vəziyyətimə düşərək susmaqa məcbur qalmasına gətirib çıxaracaqdır. Bu səbəbdən də bununla bağlı müraciətlərim olacaqdır.
Mirkənan Seyidoğlu

Hədələnmə səbəbim olan videonu sizə tədim edirik:

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info