Baş prokuror: Separatçılarla bağlı cinayət işi yaxın günlərdə məhkəməyə göndəriləcək
Gündəm / Cəmiyyət
24-06-2024, 13:21
110
Azərbaycanın Qarabağ bölgəsinin və digər suveren ərazilərinin Ermənistanın hərbi təcavüzü nəticəsində işğal olunduqdan sonra yaradılmış qondarma qurumun separatçı rəhbərləri barəsində olan cinayət işləri yaxın vaxtlarda məhkəməyə göndəriləcək.
Bunu Baş prokuror Kamran Əliyev deyib.
O bildirib ki, artıq 15 nəfərlə bağlı istintaq hərəkətləri başa çatıb:
"Hazırda təqsirləndirilən şəxslər, vəkillər və zərərərçəkmiş şəxslər cinayət işi materialları ilə tanış olurlar. Tanış olma mərhələsi başa çatandan sonra, ittiham aktı məhkəməyə göndəriləcək".
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info