İraqın baş naziri: Ərazilərimizdən Türkiyəyə hücumlar üçün istifadə edilməsinə imkan verməyəcəyik

İraq ərazilərinin Türkiyəyə hücumlar üçün istifadə edilməsinə icazə verməyəcəyik.

Bunu İraqın baş naziri Məhəmməd Şiya Sudani Atlantik Şurasında çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İraqa səfəri ötəri xarakter daşımayacaq: “Türkiyə ilə İraq arasındakı mövcud məsələləri təxirə salmaq əvəzinə, onların həll yolunu tapmağa yönəlik niyyəti ilk dəfədir, görürük”.

Qeyd edək ki, R.T.Ərdoğanın aprelin 22-də İraqa gedəcəyi gözlənilir. Bu, Türkiyə Prezidentinin İraqa 12 ildən sonra ilk səfəri olacaq.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info