Türkiyə XİN: Azərbaycanla Ermənistan arasında əldə olunan razılıq sülh sazişinə mühüm töhfədir


Azərbaycan və Ermənistan sərhəd komissiyaları arasında əldə olunan razılıq sülh sazişi üçün mühüm töhfədir.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) məlumatında bildirilib.

Qeyd olunub ki, rəsmi Ankara razılaşmanın nəticələrini, o cümlədən dörd kəndin Azərbaycana qaytarılmasını müsbət qiymətləndirir.

Həmçinin vurğulanıb ki, Türkiyə iki ölkə arasında müzakirələrin davam etdirilməsi ilə bağlı razılığı məmnunluqla qarşılayır.

Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunan 4 kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info