Tbilisidə mitinq keçirilir


Gürcüstanın hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının Tbilisidəki qərargahı qarşısında etiraz aksiyası keçirilir.

Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasının tərəfdarı olan Mühafizəkarlar Hərəkatı/Alt-İnfo partiyasının minlərlə üzvü və tərəfdarı Gürcüstanın Milli Dövlət Reyestr Agentliyinin partiyanın qeydiyyatını ləğv etmək qərarına etiraz edirlər.

Xatırladaq ki, daha əvvəl Agentlik bu qərarı partiyanın qurultayında qəbul olunmuş nizamnamənin dövlət reyestrinə təqdim edilməməsi ilə izah edib.

Hazırda nümayişin keçirildiyi əraziyə polis qüvvələri səfərbər edilib.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info